Abunəçi müraciətləri

Hər gün dəyərli abunəçilərimiz tərəfindən dəstək xəttimizə muxtəlif mövzularda sorğular daxil olur. Bu, müştərilərimizin maraqlarını anlamaq və onlara uyğun cavablar verməklə işimizin təkmilləşməsinə müsbət təsir göstərir. Daxil olan bütün sorğuları analiz edərək ən çox sorulanları toplayaraq bu bölümdə yerləşdirdik ki, Sizi maraqlandıran bir çox mövzulara daha tez cavab tapasınız.

Qeyd:

Bölümlərdə cavabı tapılmayan suallarınızı səhifənin sağ küncündə yerləşən whatsapp işarəsinin üzərinə klikləyərək dəstək xəttimizə yönləndirməyinizi xahiş edirik.
Bizə yazdığınız üçün təşəkkür edirik!

  • Xan TV veb səhifəsinə daxil olursunuz, istədiyiniz tarif üzərində
    “Abunə ol” düyməsinə klikləyirsiniz.
  • Növbəti səhifədə “Ad, Soyad, Ata adı, Mobil nömrə” boşluqlarını
    aidiyatı üzrə doldurusunuz. “İrəli” klikləyirək növbəti mərhələyə keçirsiniz.
  • Diqqət! Mobil nömrənizi yazdıqda +994 704400200 formatında daxil etməlisiniz.  +994 ölkə kodunudan sonra 070, 050, yaxud 055 formatında yazdığınız halda təsdiq kodu göndərilməyəcək!
    Qeyd etdiyiniz nömrəyə SMS ilə təsdiq kodu daha sonra şifrəniz göndəriləcək.
  • İlk öncə Xan TV veb səhifəinə daxil olub, “Abunə ol” klikləyərək qeydiyyatdan keçməlisiniz. Əgər qeydiyyat zamanı mobil
    nömrənizi SMS ilə göndərilmiş OTP kod -la təsdiq etmisiniz isə
    ödəniş edə bilərsiniz.
  • Xan TV ödənişləri Milli Ön ödəniş sistemi ilə qəbul edir.
    Ödəniş üçün Milli Ön terminallarında “Kabel TV” bölməsinə keçid edirsiniz və həmin səhifədə “Xan TV” ödənişini açırsınız.
  • Xan TV – ödəniş səhifəsini açdıqdan sonra qeydiyyat zamanı təsdiq etdiyiniz mobil nömrəni 994704400200 formatında daxil edirsiniz. Ad Soyad və Balans məlumatlarını ekranda görəcəksiniz.
  • Kartla ödəniş “Milli Ön” mobil tətbiqi yaxud  www.million.az
    veb səhifəsindən mümkündür.
  • Terminalda olduğu kimi Bank kartı ilə ödəniş zamanı mobil nömrənizi 994704400200 formatında daxil etməlisiniz.
  • Balansınıza əlavə edəcəyiniz məbləği qeyd etdikdən sonra
    kart nömrənizi daxil edərək balansınızı artıra bilərsiniz.
    Qeyd: XanTV  heç bir halda bank kartı məlumatlarını əldə etmir.
  • Belə hallar yaranmaması üçün əvvəlcədən test edə bilərsiniz.
  • Test etdikdən sonra abunə olmusunuz lakin bir müddət sonra
    hər hansı bir nasazlıq yaranıbsa bu haqda dəstək xəttinə müraciət etməlisiniz. Müraciət zamanı nasazlığı ətraflı video
    ilə təqdim etməlisiniz.
  • Dəstək xidmətinə müraciət etdikdən sonra bir çox hallarda
    5-10 dəqiqə, bəzən 1 iş günü ərzində nasazlıq həll edilir.
    Yalnız abunəçinin müraciətində qeyd edilən nasazlıq XanTV tərəfdən qaynaqlanırsa və qısa zamanda həll edilməsi mümkün
    deyilsə, belə halda abunəçinin ödənişi hesablanaraq qalıq məbləğ geri qaytarılır.
  • Bəzi cihazlarda XanTV  yaxud İPTVportal tətbiqi yayım
    keyfiyyətini tam əldə etmək üçün ayarlanmalıdır.
  • Bunun üçün hər iki tətbiq açılan zaman ekranda yazı görünən kimi “OK” düyməsinə klikləyərək ayarlar bölməsinə keçin.
  • Ayarlar bölməsində “Media Player” növünü “İJK” təyin edin.
    Avtomatik mediaplayer seçimindən qeydi götürün.
    İPTVportal tətbiqində portal ünvanı olaraq xantv.iptvportal.ru qeyd edin.
  • XanTV abunəliyi 30 təqvim günü olaraq hesablanır.
  • Abunəçi “Şəxsi Kabinet”-ə daxil olaraq abunə vaxtını tarifləri
    və balansını idarə edə bilər.
  • Abunəçi ödəniş etmədiyi halda yayım dayandırılır.
  • Növbəti 2 gün ərzində ödəniş edilmədiyi halda abunəlik ləğv edilir.
  • Ləğv edildikdə abunəçi yayımları yenidən izləmək üçün ilk öncə
    balansını artırmalı sonra şəxsi kabinetə daxil olaraq abunəlik əldə etməlidir.